www.science.az
13.04.2016 16:34

Günəş panelləri yağışdan enerji istehsal edəcək

Çinli alimlər yağış damlalarını elektrik enerjisinə çevirən Günəş panelləri hazırlayıblar. 

Alimlərin ixtirası günəş elementlərinə hətta yağışlı hava şəraitində belə işləmək imkanı verir. Sözügedən texnologiya yağış damcılarının enerjisindən istifadəni nəzərdə tutur. Alimlər bu effektə panelləri incə qrafen qatıyla örtərək nail olublar. Mükəmməl keçiricilik xüsusiyyətinə malik bir atom qalınlıqlı qrafen elektronların material üzlərində sərbəst hərəkətinə şərait yaradır.

Yağış suyunun tərkibində olan duz qrafen qatının üzərinə düşdükdə ammonium, kalsium və natrium ionlarına parçalanır. Onlar qrafenlə birlikdə enerjinin alınması üçün effektiv kombinasiya yaradırlar. Belə ki, su qrafenə yapışdığından təbii bir kondensator halına gəlir. Qrafenin elektronları ilə sudakı ionlar arasında enerji fərqi, elektrik istehsal etməyə imkan verir.

www.digitaltrends.com