Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Fiziologiya İnstitutunun direktoru Rusiyada tədbirdə məruzə edib
13.04.2016 10:40
  • A-
  • A
  • A+

Fiziologiya İnstitutunun direktoru Rusiyada tədbirdə məruzə edib

Rusiya Federasiyasının Saxa Respublikasının Yakutsk şəhərində “Arktik regionda yaş patologiyası problemləri: bioloji, kliniki və sosial aspektlər” mövzusunda Rusiya elmi-praktik konfransı keçirilib.

250-dən artıq yerli və xarici alimin iştirak etdiyi konfrans çərçivəsində 2 plenar və 3 bölmə iclası, "Prediktiv (antiqocalma) təbabəti - millətin sağlamlığı yolunda innovativ imkanlar" mövzusunda simpozium keçirilib. Ümumilikdə 40-dan çox məruzə dinlənilib və müzakirə edilib.

Konfransın plenar iclasında AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova “Yüksək uzunömürlülük indeksli populyasiyalarda tibbi-bioloji tədqiqatların bəzi yekunları” adlı məruzə ilə çıxış edib. Məruzədə ötən ilin iyul-avqust aylarında Lənkəran rayonunda aparılmış beynəlxalq ekspedisiyanın nəticələri təqdim edilib. Məruzə tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

U.Həşimova tədbirdə iştirak edən Avropa, Rusiya, Belarus herontoloji cəmiyyətlərinin rəhbərləri ilə bu sahədə beynəlxalq əməkdaşlıq perspektivlərini müzakirə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: