Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Akademik Nailə Vəlixanlının kitabı Almaniyada nəşr olunub
13.04.2016 10:22
  • A-
  • A
  • A+

Akademik Nailə Vəlixanlının kitabı Almaniyada nəşr olunub

Dünyanın aparıcı nəşriyyat evlərindən olan “Palmarium Academic Publishing” Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlının “İbn Xordadbeh. Yollar və məmləkətlər kitabı”nı (“İbn Хоrdаdbех. Кniqa putey i stran”)   nəşr etdirib.

Qeyd edək ki, həmin kitab ilk dəfə 1986-cı ildə Bakıda rus dilində çapdan çıxıb və elmi ictimaiyyət tərəfindən yüksək dəyərləndirilib. Almaniyanın Saarbrüken şəhərində rus dilində çap olunan kitab ərəb coğrafiya elminin ilk nümayəndəsi İbn Xordadbehin (IX əsr) əsərinin tərcüməsi və şərhləri əsasında hazırlanıb. Burada Xilafət dövrü Cənubi Qafqaz, Orta Asiya ölkələrinin tarixinə, tarixi coğrafiyasına dair qiymətli məlumatlar, həmçinin İbn Xordadbehin marşrutu əsasında tərtib olunan xəritə-sxemlər verilir.

Xatırladaq ki, “Palmarium Academic Publishing” nəşriyyat evi akademik səviyyəli tədqiqat əsərlərini nəşr edir. Təşkilat Amerika Kitab Satış Assosiasiyasının, Böyük Britaniya və İrlandiya Kitab Satış Assosiasiyasının üzvüdür. Nəşriyyat evinin çap etdirdiyi kitablar məşhur şəbəkələr, o cümlədən www.amazon.de, www.amazon.co.uk, www.amazon.com,www.bookbutler.de, www.ljubljuknigi.ru vasitəsilə bütün dünyada yayımlanır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: