Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Alimlər otaq temperaturunda bərpa olunan material hazırlayıb
12.04.2016 15:25
  • A-
  • A
  • A+

Alimlər otaq temperaturunda bərpa olunan material hazırlayıb

Oksford və Ridinq universitetlərinin alimləri tərəfindən zədələnmədən sonra 37 dərəcə selsidə öz ilkin xüsusiyyətlərini tamamilə bərpa edə bilən polimer hazırlanıb.

Supramolekulyar poliuretandan hazırlanmış materialın molekulları fiziki təsir nəticəsində əvvəlki vəziyyətini bərpa etmək imkanına malikdir. Poliuretan materialin üzərində əmələ gələn cızıq və çat kimi boşluqları dolduraraq bir neçə saat ərzində bərpa olunur.

Müəlliflərin sözlərinə görə, yeni material plastik cərrahiyyə sahəsində süni dəri və ya yapışqan kimi istifadə oluna bilər. Yeni material heç bir toksik təsirə malik olmadığından onu tibbi implantatların əsası kimi, həmçinin əməliyyatlar zamanı daxili yaraların germetizasiyası üçün tətbiq etmək mümkündür.

Bundan başqa, sözügedən material müxtəlif səthlərdə cızıqların qarşısını alan bərpaolunma qabiliyyətinə malik boyalarda, nəqliyyat vasitələri və elektron qurğularda da istifadə oluna bilər.

www.rns.online/science

  • Paylaş: