Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycan alimi Polşada keçirilən beynəlxalq konfransda iştirak edir
11.04.2016 14:59
  • A-
  • A
  • A+

Azərbaycan alimi Polşada keçirilən beynəlxalq konfransda iştirak edir

Akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva Polşanın Varşava şəhərində keçirilən IV Beynəlxalq Azərbaycan-Polşa elmi konfransında iştirak edir.

Azərbaycan Respublikasının Polşadakı Səfirliyi, AMEA və Varşava Universitetinin Şərqşünaslıq fakültəsinin Türkologiya və Orta Asiya xalqları bölməsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə G.Baxşəliyeva “Görkəmli Azərbaycan alimi Ziya Bünyadovun tədqiqatlarında Avropa mediyevistikasının nailiyyətləri” mövzusunda məruzə ilə çıxış edəcək.

Aprelin 16-dək davam edəcək səfər çərçivəsində Polşa Respublikasının Elmlər Akademiyasının Şərq Mədəniyyəti İnstitutu ilə AMEA Şərqşünaslıq İnstitutu arasında əməkdaşlıq haqqında memorandumun imzalanması da nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: