Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Biologiya problemləri üzrə elmi şuranın iclasında dissertasiya mövzularının geniş müzakirəsi aparılıb
11.04.2016 10:47
  • A-
  • A
  • A+

Biologiya problemləri üzrə elmi şuranın iclasında dissertasiya mövzularının geniş müzakirəsi aparılıb

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya problemləri üzrə elmi şurasının növbəti iclası keçirilib.

Əvvəlcə haqq hünyasına qovuşmuş, şuranın sədri, Azərbaycanda elmin bir çox istiqamətlərinin, o cümlədən biologiya elminin inkişafında əvəzolunmaz xidmətləri olan akademik Cəlal Əliyevin xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Elmi Şuranın sədr müavini, akademik İradə Hüseynova şuraya elmlər doktoru və fəlsəfə doktoru hazırlığı proqramları üzrə daxil olan doktorant və dissertantların mövzuları, rəhbər və məsləhətçiləri haqda məlumat verib. Qeyd olunub ki, dissertasiya mövzularının seksiyalarda ixtisasçı alimlər tərəfindən hərtərəfli müzakirə olunması vacib məsələdir. 

Bildirilib ki, mövzular ilkin olaraq şuranın fiziki-kimyəvi biologiya, botanika və zoologiya seksiyalarında mütəxəssislərin iştirakı ilə geniş müzakirə olunub və müəyyən düzəlişlər təklif olunub.

Sonra Elmi Şuranın ümumi iclasında uyğun seksiyalardan daxil olan təkliflərin müzakirəsi aparılıb.

İclasda 3-ü elmlər doktoru və 16-sı fəlsəfə doktoru hazırlığı proqramı üzrə təqdim olunmuş 19 dissertasiya mövzusu müəyyən dəyişikliklər nəzərə alınmaqla təsdiqlənib. 5 dissertasiya mövzusu isə yenidən baxılmaq üçün müəssisələrin Elmi Şuralarına geri qaytarılıb. 

Müzakirələrdə AMEA-nın müxbir üzvləri İbrahim ƏzizovPənah MuradovValidə ƏlizadəMaqsud QurbanovZeynal Əkbərov, biologiya üzrə elmlər doktorları Səyyarə İbadullayeva, Zəkəriyyə Məmmədov, Mehman Axundov, Səftər Süleymanov, Yaşar Feyziyev, Kərim Qasımov və başqaları iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: