www.science.az
11.04.2016 10:02

“Fontus” butulkası havanı suya çevirir

ABŞ alimi Kristofer Retezar hava və işıqdan su hasil edə bilən inqilabi "Fontus Airo" və "Fontus Ryde" adlanan butulkalar hazırlayıb.

"Fontus Airo" və "Fontus Ryde" müvafiq olaraq piyada və velosiped səyahətləri üçün nəzərdə tutulub. Hava butulkanın qapağının içində soyuyaraq, xüsusi səthlərdə kondensasiya olunur və filtrasiya prosesindən keçdikdən sonra əsas tutumun içinə daxil olur.

"Fontus Airo" butulkası üçün qoruyucu çexol rolunu da oynayan xüsusi günəş batareyası ilə işləyir. "Fontus Ryde" modeli velosipedin ramasına bərkidilərək hərəkət zamanı havanı avtomatik toplayır və əlavə enerji mənbələri tələb etmir. Butulkanın alt hissəsində suyun minerallaşdırma prosesini həyata keçirən xüsusi kapsullar yerləşir. Bunun sayəsində istifadəçi fasiləsiz su ilə təmin olunur.

www.4pda.ru