Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Koreyanın ölkəmizdəki səfiri  AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində olub
07.04.2016 18:24
  • A-
  • A
  • A+

Koreyanın ölkəmizdəki səfiri AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində olub

Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyu AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində olub.

Bu elmi müəssisənin direktoru, akademik Nailə Vəlixanlı qonağa muzeyin fəaliyyəti barədə ətraflı məlumat verib.

Görüşdə hər iki ölkənin muzeyləri arasında əlaqələrin inkişafı, gələcəkdə səyyar sərgilərin təşkili, həmçinin müəssisələr arasında müvafiq sahədə əməkdaşlıq perspektivləri ilə bağlı müzakirələr aparılıb. Görüşün hər iki ölkənin maddi-mədəni irsinin inkişafı, konfrans və seminarların təşkili, elmi tədqiqatların və kadrların təcrübə mübadiləsinin aparılması istiqamətində əhəmiyyətli olacağı bildirilib.

Daha sonra səfir Kim Çanq-gyu muzeyin Azərbaycanın ən qədim dövrdən bu günə kimi olan dövrünü əhatə edən ekspozisiyası ilə tanış olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: