Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

07.04.2016 15:06
  • A-
  • A
  • A+

AMEA-dan olan nümayəndələr Ukraynanın Kiyev şəhərində ezamiyyətdə olublar

AMEA-dan olan nümayəndələr Ukraynanın Kiyev şəhərində ezamiyyətdə olublar

Cari ilin 5-6 aprel tarixlərində Ukraynanın Kiyev şəhərində Ukrayna Elmi Texnologiya Mərkəzinin (STCU) XX ildönümü qeyd olunub.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim QuliyevFizika-Riyaziyyat Elmləri Bölməsinin akademik-katibi v.i.e., AMEA-nın müxbir üzvü Nazim Məmmədov ve STCU-nun Azərbaycandakı nümayəndəsi, Yer elmləri üzrə fəlsəfə doktoru, dosent Qulam Babayev iştirak ediblər.

Konfransda akademik İ.Quliyev və dosent Q.Babayev STCU-nun əməkdaşları ilə danışıqlar apararaq, əməkdaşlıq perspektivlərinə dair təkliflər irəli sürüblər. Görüşdə STCU-dan olan nümayəndələrə Akademiyanın 70 illik yubileyi münasibətilə hədiyyələr təqdim olunub və xatirə şəkli çəkilib.

Tədbir çərçivəsində, həmçinin akademik İ.Quliyev ve AMEA-nın müxbir üzvü N.Məmmədovun iştirakı ilə Azərbaycan Respublikasının Ukraynadakı müvəqqəti işlər vəkili Nazim Əliyevlə görüş keçirilib. Görüş çərçivəsində iki ölkə arasında müvafiq elm sahələrində əməkdaşlıq imkanları müzakirə edilib, elmi əlaqələrin daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: