Cəbhə xəttində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş şəhidlərdən biri də AMEA Rəyasət Heyəti aparatı İşlər İdarəsinin əməkdaşı Bayram Bayramovun oğlu Şulan Bayramovdur. 1996-cı il təvəllüdlü Ş.Bayramov Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.
Şəhidin cənazəsi yaşadığı Sumqayıt şəhərinə aparılıb. Şəhər sakinləri şəhidin yaşadığı binanın önünə toplaşaraq qəhrəmanın ailəsinə dəstək nümayiş etdiriblər.
Allah Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan bütün şəhidlərimizə rəhmət etsin!