www.science.az
14.01.2014 00:00

AMEA prezidenti və vitse-prezidenti Belarusa səfər edəcək

 

AMEA prezidenti, akademik Akif Əlizadə və vitse-prezident, akademik İbrahim Quliyev 23-25 yanvar tarixlərində Belarusa səfər edəcək.

Hər 2 alim Belarus Milli Elmlər Akademiyasının (BMEA) Rəyasət Heyətinin sədri, akademik Vladimir Qusakovun dəvəti ilə BMEA-nın yaradılmasının 85 illiyi və Belarus Elm Günü münasibətilə təşkil olunacaq tədbirlərdə iştirak edəcək.

Məlumatı AMEA Rəyasət Heyəti Mərkəzi Aparatı İctimaiyyətlə əlaqələr şöbəsiyayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.