www.science.az
05.04.2016 14:14

Barama sürfələri yaraları daha tez sağaldacaq

Əsrlərdir ki, dünya üzrə tibb sahəsində müxtəlif xəstəlikləri sağaltmaq məqsədilə həşəratlar vasitəsilə müalicələr aparılır. Belə ki, əvvəllər barama sürfələri yaraların müalicəsi zamanı antiseptik təsir göstərərək canlı hüceyrələri ölü hüceyrələrdən təmizləyirdi. Bu metod ucuz və effektiv olsa da uzun sürürdü. Lakin Şimali Karolina Dövlət Universitetinin tədqiqatçıları tərəfindən aparılan təcrübələr göstərdi ki, 2 yeni üsulla modifikasiya edilmiş barama sürfələri yaraların daha tez sağalmasına yardım edəcək.

Şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanlarda yaraların gec sağaldığı hər kəsə məlumdur. Professor Maks Skotun sözlərinə görə, barama sürfələrinin modifikasiya olunmuş genləri xəstələrin yaralarını tez bir zamanda sağaltmaqla yanaşı, amputasiya olunmaq ehtimalını da azaldacaq. Bu üsulla müalicə aşağı və ya orta yaşayış səviyyəsi olan ölkələrdə şəkər xəstəliyindən əziyyət çəkən insanları uzun sürən və bahalı müalicələrdən azad edəcək. 

www.news.discovery.com