ABŞ-ın "Kinemetriks" şirkətinin vitse-prezidenti Ogie Kuraica AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) olub.
Qonaq RSXM-in baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli ilə görüşüb.
Görüşdə "Kinemetriks" şirkəti ilə RSXM arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.
Qeyd edək ki, hazırda RSXM-in respublika ərazisində fəaliyyət göstərən 35 peyk rabitəsi ilə işləyən seysmik stansiyası var. Həmin stansiyalarda quraşdırılmış avadanlıqlar ABŞ-ın "Kinemetriks" şirkətinin istehsalıdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.