www.science.az
14.01.2014 00:00

AMEA rəhbərliyi Neft-Kimya Prosesləri İnstitutunda olub

 

AMEA prezidenti, akademik Akif Əlizadənin rəhbərliyi ilə AMEA-nın vitse-prezidentləri, akademiklər İbrahim Quliyev, Tofiq Nağıyev, AMEA Kimya Elmləri Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Dilqəm Tağıyev və AMEA Rəyasət Heyətinin İşlər İdarəsininmüdiri Fətəli Abdullayev Neft-Kimya Prosesləri İnstitutunda olublar.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Vaqif Abbasov institutda son illərdə əldə olunmuş nailiyyətlər, tətbiq olunmuş işlər, uğurlu təcrübə-sənaye sınaqları, beynəlxalq əlaqələr, impakt faktorlu jurnallarda çap olunmuş məqalələr, patentlər, təhsil sahəsi ilə əlaqələr və s. haqqında ətraflı məlumat verib.

Sonra alimlər institutun bir neçə laboratoriyası ilə tanış olub, ən müasir avadanlıqların iş prosesinin gedişini müşahidə ediblər. AMEA rəhbərliyi institutda gənc alimlərlə işin təşkilini, avadanlıqların istifadə səviyyəsini, institutun tətbiqyönümlü elmi nəticələrini müsbət dəyərləndirib.

Sonda akademik Akif Əlizadə institutun gələcək perspektivləri ilə bağlı tövsiyələrini bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.