www.science.az
04.04.2016 10:31

Alimlər “maye beyin” hazırlayıblar

İsrailin Hayfa şəhərindən olan bir qrup neyrobioloq tərəfindən insanı dahi edə bilən “maye beyin” adlı unikal biostimulyator hazırlanıb.

Mikrocərrahiyyə İnstitutunun aparıcı mütəxəssisi, professor Dinge Ştudinerin sözlərinə görə, əməliyyat zamanı pasientin orqanizminə daxil edilmiş serumun onun qanı və neyronları ilə reaksiyaya girməsi mühüm nailiyyət kimi dəyərləndirilib.

“Maye beyin” adlandırılan yeni maddənin yaradılması tibbdə inqilabi kəşf kimi qiymətləndirilir. Bu preparat beynin alt qabığının alfa- və beta- aktivliyini 16 dəfə gücləndirir.

Neyrobiologiya İnstitutunun baş elmi işçisi Ştolts Dominikoviç bildirib ki, bu maddə beyində yaranan aktiv trombositlərin aqreqasiyası və vestibülyar nistaqm kimi xəstəlikləri zəiflədir. Belə ki, preparatın qəbulundan bir həftə sonra insanın beyni Eynşteynin və Qaqarinin beyni kimi işləyəcək.

Yeni serum qan dövranını yaxşılaşdırmaqla yanaşı, diqqətin konsentrasiyasını və yaddaşın interaktiv funksiyasını gücləndirir.

Heyvanların və bir sıra könüllü insanların üzərində aparılmış eksperimentlər zamanı onların ümumi fiziki tonusunun 1.5 – 2 dəfə artdığı müşahidə olunub.

www.mir24.tv