Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Naxçıvan qalaları: tarixdə və günümüzdə” mövzusunda Beynəlxalq konfrans keçiriləcək
01.04.2016 10:54
  • A-
  • A
  • A+

“Naxçıvan qalaları: tarixdə və günümüzdə” mövzusunda Beynəlxalq konfrans keçiriləcək

08-10 iyul 2016-cı il tarixlərində AMEA Naxçıvan Bölməsində “Naxçıvan qalaları: tarixdə və günümüzdə” mövzusunda Beynəlxalq konfrans keçiriləcək.

Tədbir Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Yanında Bilik Fondu, AMEA-nın Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə baş tutacaq.

Beynəlxalq konfransın əsas istiqamətləri tarix, coğrafiya, arxeologiya, etnoqrafiya, folklor, dilçilik, ədəbiyyat, turizm, mədəniyyət, memarlıq və incəsənət üzrə olacaq.

Konfransda iştirak etmək istəyənlər məruzələrin tezislərini 15 aprel 2016-cı il tarixinədək naxcivanqalalari@gmail.com elektron ünvanına göndərə bilərlər.

Məruzələrə aid tələblər, qeydiyyat forması və digər məlumatları www.ameanb.nakhchivan.az saytından əldə etmək olar.

Tel.: (+994 036) 545 16 80

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: