Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycan alimlərinin məqaləsi Beynəlxalq Fotosintez Cəmiyyətinin rəsmi jurnalında çap olunub
30.03.2016 14:09
  • A-
  • A
  • A+

Azərbaycan alimlərinin məqaləsi Beynəlxalq Fotosintez Cəmiyyətinin rəsmi jurnalında çap olunub

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova, həmçinin bu elmi müəssisənin əməkdaşları – biologiya üzrə elmlər doktoru S.Süleymanov, biologiya üzrə fəlsəfə doktorları S.Rüstəmova, D.Əliyeva, Ə.Məmmədov və akademik  Cəlal Əliyevin həmmüəllif olduqları “Buğdanın fotosintetik aparatında və antioksidant komponentlərində quraqlıqla bağlı baş verən dəyişikliklər" adlı məqalə Beynəlxalq Fotosintez Cəmiyyətinin “Phyosynthesis Research” jurnalında nəşr olunmaq üçün qəbul olunub və çap olunub.

Qeyd edək ki, bu jurnal “Springer” nəşriyyatında çap olunur və 3.501 impakt faktora malikdir. Məqalədə quraqlığa davamlılığına görə fərqlənən bərk buğda genotiplərinin fotosintetik aparatında və antioksidant komponentlərdə baş verən struktur-funksional dəyişiklikləri analiz edilib və mühüm nəticələr əldə olunub.

Nəzərə çatdıraq ki, bu istiqamətdə tədqiqatlara təxminən 20 il əvvəl akademik Cəlal Əliyevin rəhbərlik etdiyi AMEA Botanika İnstitutunda Bioloji məhsuldarlığın fundamental problemləri və Əkinçilik ET İnstitutunda Bitki fiziologiyası və biotexnologiya şöbələrində başlanılmışdır. Uğurlu işlərin nəticələri bir sıra davamlı, yüksək məhsuldar buğda sortlarının yaradılmasına gətirib çıxarmışdır. Bu istiqamətdə kompleks araşdırmalar davam etdirilir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: