Yanvarın 17-də saat 10:00-da AMEA Rəyasət Heyətində Avropa Birliyinin 7-ci Çərçivə Proqramının (FP7) davamı olan “Horizon 2020”-nin təqdimat mərasimi keçiriləcək.7 il müddətinə nəzərdə tutulan bu proqram AMEA alimlərinin qrant layihələrdə iştirakını təmin etmək məqsədi daşıyır.
AMEA Rəyasət Heyəti Mərkəzi Aparatı Beynəlxalq Əlaqələr İdarəsinin təşkilatçılığı ilə baş tutacaq təqdimat mərasimində proqrama dair sənədlərin tərtib edilmə qaydaları, “Horizon 2020” haqqında ətraflı məlumat veriləcəkdir.
Ünvan: Bakı şəhəri, İstiqlaliyyət küçəsi,30
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.