www.science.az
30.03.2016 11:48

Elmin İnkişafı Fondu Ermənistanın Azərbaycana təcavüzü və ərazi iddiaları ilə bağlı nəşrlərin təqdimatını keçirəcək

Martın 31-də saat 16:00-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 2-ci “Şuşa Qrantı” birgə müsabiqəsinin qalibi olmuş qrant layihələri çərçivəsində nəşr olunmuş “Ermənistanın Azərbaycana təcavüzü” (müəllif: Elçin Əhmədov) adlı 3 cildlik kitabın və “Ermənistanın sovetləşməsindən Azərbaycan ərazilərinin işğalınadək erməni iddiaları: tarix – olduğu kimi (1920-1994-cü illər)” monoqrafiyasının (müəllif: Musa Qasımlı) təqdimat mərasimi keçiriləcək.

Tədbirdə dövlət və hökumət strukturları, akademik və təhsil qurumları, ictimai birlik və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcəklər.

Tədbirin keçirilməsinə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi təşkilati dəstək göstərir. 

Ünvan: Bakı şəhəri, Dənizkənarı Milli Park, Neftçilər prospekti 9.

Əlaqə nömrəsi: (+994 12) 489 08 94

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.