Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Polşada YUNESKO tərəfindən təlim proqramı keçiriləcək
29.03.2016 13:51
  • A-
  • A
  • A+

Polşada YUNESKO tərəfindən təlim proqramı keçiriləcək

YUNESKO üzrə Polşa Milli Komissiyası və Krakov şəhərində yerləşən AGH Elmi-texniki Universitetinin nəzdində Elm, Texnologiya və Mühəndislik Təhsili üzrə Təlim Proqramı elan olunur. Təlim Proqramı 1 oktyabr tarixindən 6 ay müddətinə Polşada keçiriləcək. Təlimdə iştirak etmək üçün aşağıdakı göstəricilər tələb olunur:

 -Mühəndislik üzrə yaş həddi 40-dan çox olmamalı, polad  metallurgiyası, mühəndislik fizika və riyaziyyat sahəsində biliklərə malik olmalı;

-Geologiya üzrə tələb olunan ixtisas - 1)Balkanlarda xromit depozitinin geoloji xarakteristikası – yaş həddi 30-dan çox olmamalı. 2)Balkanlarda metal depozitinin geoloji xarakteristikası - yaş həddi 35-dən çox olmamalı.

Namizədlər bakalavr və ya magistr dərəcələrinə malik olmalıdırlar. İştirakçıların bütün xərcləri YUNESKO və Polşa hökuməti tərəfindən ödəniləcək. Tələb olunan ixtisaslar üzrə təhsil almış, ingilis dilini bilən namizədlər 4 aprel 2016-cı il tarixinədək AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinə müraciət edə bilərlər.

Əlaqə vasitəsi: (+994 12) 492 66 51

E-mail: malahat.qurbanova@mail.ru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: