www.science.az
04.10.2013 00:00

“AMEA-nın elmi tədqiqat institutu və ona bərabər statuslu elmi müəssisə haqqında Əsasnamə” təsdiq edilib

“Azərbaycan Milli Elmlər Akademiyasının elmi tədqiqat institutu və ona bərabər statuslu elmi müəssisə haqqında Əsasnamə” təsdiq edilib. Bu haqda qərar AMEA Rəyasət Heyətinin iclasında qəbul olunub.  

Sənəd akademiyanın tabeliyində olan elmi tədqiqat institutları və onlara bərabər statuslu elmi müəssisələrin fəaliyyətinin hüquqi-normativ əsaslarının Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə, AMEA Nizamnaməsi və digər hüquqi-normativ aktlara uyğunlaşdırılması məqsədi daşıyır.   

 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.