www.science.az
28.03.2016 18:28

C.Ə.Əliyevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında səhiyyə sisteminin təkmilləşdirilməsi və tibb elminin inkişafındakı xidmətlərinə görə Cəmil Əziz oğlu Əliyev “Şərəf” ordeni ilə təltif edilsin.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 mart 2016-cı il.