Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Eşitmə qüsurlu insanlar üçün telefon danışıqlarını mətnə çevirən yeni xidmət istifadəyə verilib
28.03.2016 12:35
  • A-
  • A
  • A+

Eşitmə qüsurlu insanlar üçün telefon danışıqlarını mətnə çevirən yeni xidmət istifadəyə verilib

Avstraliyanın eşitmə qüsurlu insanlar üçün milli “National Relay Service” telefon danışıqlarının tərcüməsi xidməti danışıqların aparılması üçün yeni texnologiya hazırlayıb. Eşitmə qüsuru olan abunəçi artıq həmsöhbəti ilə birbaşa ünsiyyət qura, internetə qoşulmaqla cavabları kompüterin və ya smartfonun ekranında, həmçinin mətn terminalları olan xüsusi telefon aparatlarında oxuya bilər.

Həmsöhbətin sözlərinin mətnə çevrilməsi nitqin tanınması proqramlarının köməyilə xidmət operatoru tərəfindən yerinə yetirilir. Bu zaman sürət adi ünsiyyətdə olduğu kimi dəqiqədə 150-180 sözə çatır.

Qeyd edək ki, Avstraliyada “National Relay Service” xidmətləri ödənişsiz həyata keçirilir. Bu xidmət hazırda danışıqların 8 tərcümə variantını, o cümlədən jest dilindən istifadə etməklə video tərcüməni təklif edir.

Computerworld” jurnalı 

  • Paylaş: