www.science.az
28.03.2016 11:14

Fizika İnstitutu ilə COMSATS İnformasiya və Texnologiyalar İnstitutu arasında əməkdaşlığa dair memorandum imzalanıb

AMEA-nın Fizika İnstitutu ilə Pakistanın COMSATS İnformasiya və Texnologiyalar İnstitutu (CİİT) arasında elm və təhsil sahəsində əməkdaşlığa  dair memorandum imzalanıb.

Sənədi Fizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədov və CİİT-nin rektoru, professor Junaid Zaidi imzalayıblar.

Memoranduma əsasən, iki qurum arasında kadr mübadilələri, müştərək elmi-tədqiqat layihələri həyata keçiriləcək, birgə tədbirlər təşkil olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.