Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Akademik Kamal Abdullanın kitabı Rusiyanın məşhur ədəbi mükafatına namizədlər sırasındadır
22.03.2016 15:52
  • A-
  • A
  • A+

Akademik Kamal Abdullanın kitabı Rusiyanın məşhur ədəbi mükafatına namizədlər sırasındadır

Tanınmış yazıçı, akademik Kamal Abdullanın Moskvada nəşr olunmuş “Platon deyəsən xəstələnib...” (“Platon, kajetsya, zabolel...”) hekayələr toplusu Rusiyanın “Literaturnaya qazeta” nəşrinin ilk redaktoru Anton Delviq adına “Sözə və Vətənə sədaqətə görə” mükafatına namizədlər arasındadır.

Qeyd edək ki, Anton Delviq mükafatı 2012-ci ildə “Literaturnaya qazeta” tərəfindən Rusiya illik milli mükafatı kimi təsis edilib. Birinci mükafata üç, ikinci mükafata altı əsər layiq görülür. “Debüt” nominasiyasında dörd əsərə diplomlar təqdim olunur.

Akademik Kamal Abdullanın 2014-cü ildə Moskvada çap olunmuş “Platon deyəsən xəstələnib...” kitabında yazıçının son illər qələmə aldığı hekayələr toplanıb. Hekayələri rus dilinə Azər Mustafazadə tərcümə edib. Ön sözün müəllifi məşhur rus yazıçısı Yuri Polyakovdur. Kitab “Xudojestvennaya literatura” nəşriyyatında çap edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: