Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Sərgidə ilk dəfə zərb olunmuş gümüş pullar nümayiş etdirilir
22.03.2016 18:37
  • A-
  • A
  • A+

Sərgidə ilk dəfə zərb olunmuş gümüş pullar nümayiş etdirilir

AMEA Milli Azərbaycan Tarixi Muzeyində “I Şah İsmayıl – sərkərdə və hökmdar” sərgisinin hazırlanması üzrə uğurlu işlər görülüb.

130-dan artıq nadir eksponatın, çoxlu sayda informasiya-məlumat paneli, xəritə, portret, iriölçülü bannerlərin qurulduğu sərgidə ayrı-ayrı bölmələrin tamamlanması işi başa çatır.

Sərginin “Səfəvilər dövlətinin iqtisadiyyatı” bölməsində XVI-XVII əsr Azərbaycan iqtisadiyyatına aid nadir materiallar yerləşdirilib. Onların sırasında Səfəvilər dövlətinin Qərb ölkələrinə əsas ixrac mallarından olan XVI əsr ipək parçaları (“qızılbaş ipəkləri”), nadir naxışlarla bəzədilmiş mis qablar, bədii ornamentli kaşılar nümayiş olunur. Burada, həmçinin I Şah İsmayılın dövründə Səfəvilər dövlətinin pul- maliyyə sistemi haqqında məlumat verilir. İlk dəfə I Şah İsmayılın dövründə zərb olunmuş gümüş pullar təqdim edilir. Azərbaycanın XVI əsr kənd təsərrüfatı, sənətkarlığı, ticarətini nümayiş etdirmək məqsədilə həmin dövrün miniatürləri göstərilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: