Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları AMEA-nın Dendrologiya İnstitutunda olublar
22.03.2016 19:29
  • A-
  • A
  • A+

“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları AMEA-nın Dendrologiya İnstitutunda olublar

Prezident İlham Əliyevin tapşırığına əsasən respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsinə start verilib. Naxçıvan məktəblərinin IX-XI sinif şagirdindən və 20 müəllimindən ibarət qrup Bakıya səfər edib.

Naxçıvan məktəbliləri əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət ediblər, Dağüstü parkda olublar, İçərişəhərdə Qız qalası və Şirvanşahlar sarayı ilə tanış olublar. Məktəblilər, həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Suraxanıda, Qalada ”Tullantıdan sənətə” sərgisində, daha sonra AMEA-nın Dendrologiya İnstitutunda olublar.  

Tur-aksiya iştirakçılarına Dendrologiya İnstitutunun əməkdaşları tərəfindən bu elmi müəssisənin tarixi və böyük xeyriyyəçi, neft milyonçusu Murtuza Muxtarov haqqında geniş məlumat verilib. Naxçıvanlı şagirdlər, həmçinin institutda 1800 növ ağac və kol bitkiləri, müasir standartlara cavab verən oranjeriyalar, gül-bəzək ekspozisiyaları, mədəni və dekorativ bitkilər, fond kolleksiyaları ilə yaxından tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: