Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

22.03.2016 18:21
  • A-
  • A
  • A+

“Müstəqillik yollarında” kitabının müəlliflər heyətinin iclası keçirilib

“Müstəqillik yollarında” kitabının müəlliflər heyətinin iclası keçirilib

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında “Müstəqillik yollarında” kitabının müəlliflər heyətinin iclası keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli bu il nəşri nəzərdə tutulan “Müstəqillik yollarında” kitabının çapa hazırlanması barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə həsr edilən “Müstəqillik yollarında” kitabında ölkəmizin keçdiyi məsuliyyətli və şərəfli yolun bütün istiqamətləri əksini tapacaq. Prezident İlham Əliyevin AMEA-nın 70 illik yubileyi mərasimindəki nitqində irəli sürülmüş, ölkəmizin müstəqillik dövrünü əks etdirən monoqrafik elmi tədqiqatın hazırlanıb nəşr olunması ideyasının işığında meydana çıxmış “Müstəqillik yollarında” kitabı üzərində aparılan iş tamamlanmaq üzrədir.

Sonra kitabın müəlliflər heyətinin üzvləri - Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, akademik Ramiz Məmmədov, AMEA-nın müxbir üzvləri Ərtegin SalamzadəŞahbaz MuradovƏli Nuriyev, professorlar Musa Qasımlıİlham Məmmədzadə və başqaları çıxış edərək kitabda onlar üçün nəzərdə tutulan bölmələrin başlıca məzmunu və işlənmə vəziyyəti barədə məlumat veriblər.

Azərbaycanın müstəqillik dövrünün elmdə özünün real və obyektiv əksini tapması məsələləri ətrafında müəlliflər arasında geniş fikir mübadiləsi aparılıb.

“Müstəqillik yollarında” kitabında zəngin fotomateriallardan, xəritə və cədvəllərdən istifadə olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: