www.science.az
18.03.2016 11:22

Ayağın amputasiyasının qarşısını almaq üçün “ağıllı” corab yaradılıb

İsrail alimləri diabetdən əziyyət çəkən insanlar üçün “ağıllı” corab icad ediblər. Qurğu smartfonlar üçün mobil əlavənin idarəetməsi ilə işləyir və diabetik neyropatiyanın (şəkər xəstələrinin ayağının alt pəncəsində yaraların inkişafı ilə əlaqədar sinirlərin pozulma növü) tez-tez səbəb olduğu əl-ayağın amputasiyası təhlükəsini aradan qaldırmağa kömək edir.

forumdaily.com saytının məlumatına görə, şəkər xəstəliyi diaqnozunun qoyulduğu insanlar tədricən əl-ayağın amputasiyasının səbəb ola biləcək yaranın əmələ gəlməsini diqqətlə izləməlidirlər. Lakin yaralara yalnız yaranma vaxtı diaqnoz qoyulur ki, bu da sağalma prosesini çətinləşdirir.

Bu məqsədlə İsrail alimləri tərkibində çox sayda mikroskopik təzyiq sensorlarının olduğu corab kəşf ediblər. Sensorlar real vaxt rejimində təzyiqin və ayağın vəziyyətinin dəyişməsinə reaksiya verərək bu barədə məlumatları dərhal smartfona ötürür. Bu, yaraların yaranması barədə xəbərdarlıq etməyə və diabetik neyropatiyanın inkişaf təhlükəsini azaltmağa imkan verəcək.

“Xəstələrə və onların ailələrinə yaraların inkişafının qarşısını almaq üçün lazım olan alətləri təqdim etməklə şəkərli diabetlə əlaqədar səhiyyə xərclərini xeyli azalda bilərik”, – deyə “Biodesign” proqramının direktoru Yaakov Nahmias bildirib.