www.science.az
16.03.2016 13:06

Türkiyəli mütəxəssislər Torpaqşünaslıq və Aqrokimya İnstitutunda olublar

Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən “Atomika Texnik” şirkətinin direktoru  Sinan Sekülü və direktor müavini Naci Saracoğlu AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda olublar. Onlar institutun direktoru, professor Əlövsət Quliyev və elmi işlər üzrə direktor müavini, a.ü.f.d Qoşqar Məmmədovla görüşüblər. 

Qonaqlara institutun maddi-texniki bazası, burada aparılan tədqiqat işləri barədə geniş məlumat verilib.

Görüşdə yeni analitik cihazların, həmçinin torpağın qranulometrik tərkibini müəyyənləşdirən “Mastersizer-300” cihazının quraşdırılması, birgə elmi əlaqələrin yaradılması və s. məsələlər ətrafında müzakirələr aparılıb.

Türkiyəli mütəxəssislər institutunun laboratoriyaları, burada çalışan alimlərin elmi fəaliyyətləri ilə də yaxından tanış olublar. İnstitutla sıx və səmərəli əməkdaşlıq yaratmaq üçün birgə proqram və layihələrin hazırlanmasının əhəmiyyəti qeyd edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.