www.science.az
16.03.2016 11:54

“İslam coğrafiyasında və Azərbaycanda xalq oyunları və meydan tamaşaları” mövzusunda Beynəlxalq Simpozium keçiriləcək

15-16 iyul 2016-cı il tarixlərində AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Ədəbiyyat və Folklor institutlarının birgə təşkilatçılığı ilə “İslam coğrafiyasında və Azərbaycanda xalq oyunları və meydan tamaşaları” mövzusunda  Beynəlxalq Simpozium keçiriləcək.

İslam coğrafiyasını əhatə edəcək simpoziumda bu coğrafiyada yaşayan xalqların ənənəvi mədəniyyəti, mərasim folkloru, oyun və tamaşalarının müxtəlif aspektləri müzakirə ediləcək.

Tədbirdə “İslam coğrafiyasında və Azərbaycanda xalq oyunlarının kökləri, yazılı abidələrdəki izləri və ənənəvi mədəniyyətdəki yeri”, “İslam coğrafiyasında oxşar oyunlar və onların təsviri”, “Xalq oyunları və meydan tamaşaları müxtəlif mədəniyyətlərin dialoqu kontekstində”, “İslam ölkələrində mərasim folklorunun aktual problemləri”, “Oyun personajlarının tipologiyası”, “Müasir cəmiyyətdə sosial-mədəni proseslər və xalq oyunları”, “Xalq oyunlarının elektron resurslarının yaradılması” və s. mövzularda məruzələr dinləniləcək.

Simpoziumda iştirak etmək istəyənlər məqalə və tezislərini mayın 30-dək Təşkilat Komitəsinə göndərə bilərlər.

Təşkilat Komitəsinin ünvanı: Bakı şəh., İçərişəhər, 8-ci Kiçik Qala döngəsi, 31. AMEA Folklor İnstitutu

Əlaqə nömrəsi:  (+99412) 492 93 14

E-mail: oyunvetamasalar@gmail.com

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.