www.science.az
15.03.2016 14:12

İspaniyalı alim Şamaxı Astrofizika Rəsədxanasında olub

İspaniyanın Alikanta Texnologiya Universitetinin əməkdaşı Jose Joaquin Rodes Roca AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında olub.

Qeyd edək ki, ispaniyalı alim astrofizikdir, sıx qoşa rentgen ulduzlar sahəsində çalışır. Hazırda TEMPO Erasmus-Mundus dostluq proqramı əsasında Bakı Dövlət Universitetinin biologiya fakültəsində bir ay müddətinə fizikanın “Optika” bölməsi üzrə mühazirə və laboratoriya məşğələləri aparır.

Qonaq rəsədxananın teleskopları, laboratoriya avadanlıqları və iş metodları ilə yaxından tanış olub, bir sıra görüşlər keçirib. Eyni zamanda, gələcəkdə aparılacaq elmi əməkdaşlığın istiqamətləri müzakirə olunub.

Rəsədxanada astrofizika sahəsində aparılan elmi işlərin səviyyəsi, tətbiq olunan tədqiqat metodları və son illərdəki yeniləşmə və quruculuq işləri qonaqda xoş təəssürat yaradıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.