www.science.az
15.03.2016 11:30

Azərbaycanın qərb zonasının təbii irsinə dair kitab nəşr ediləcək

AMEA Geologiya və Geofizika İnstitutu ölkənin qərb hissəsinin geologiya və coğrafiyasına aid təbliğat xarakterli nəşr hazırlayır. Bu işlər UNESCO tərəfindən maliyyələşdirilən “Qərbi Azərbaycanın təbii irsi” adlı birillik layihə çərçivəsində həyata keçirilir.

Layihənin rəhbəri, Geologiya və Geofizika İnstitutunun Geotektonika və regional geologiya şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Tələt Kəngərlinin sözlərinə görə, Azərbaycanın qərb zonasının geologiya və coğrafiyası, o cümlədən nadir təbiət abidələri haqqında məlumatlar toplanılıb və kitab halında çap etdiriləcək. Ərazinin faydalı qazıntıları, qeyri-adi geoloji obyektləri və relyef formaları, gölləri, mineral su bulaqları və digər maraqlı təbiət nümunələri nəşrdə əksini tapacaq.

İngilis dilində yazılan kitabın bu il çap olunacağı nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.