www.science.az
10.03.2016 09:49

Bu ilin ilk Ay tutulması hadisəsi martın 23-də baş verəcək

2016-cı ilin ilk Ay tutulması hadisəsi martın 23-də qeydə alınacaq. 

Bu barədə məlumat verən AMEA Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xır Mikayılovun sözlərinə görə, ilk Ay tutulması saat 13:42-də başlayacaq, saat 15:48-də maksimum səviyyədə olacaq, saat 17:54-də isə başa çatacaq. Bu tutulmalar kölgəvari sayıldığından bu prosesi gözlə görmək mümkün olmayacaq. Tutulma Sakit Okean, Asiya, Avstraliya, Meksika, Cənubi Amerika və Antraktidada müşahidə ediləcək. 

X.Mikayılov bildirib ki, növbəti Ay tutulması sentyabrın 16-da qeydə alınacaq. Saat 21:57-də başlanacaq hadisə 23:55-də maksimum səviyyədə olacaq, saat 01:54-də isə başa çatacaq. Bu təbiət hadisəsi də yarımkölgəvari Ay tutulmasıdır. Azərbaycanda bu tutulmanı qismən müşahidə etmək mümkün olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.