www.science.az
10.03.2016 09:31

Alimlər beyinə bilik yükləmək üçün şlem yaradıblar

Amerikalı biokimyaçı və neyrobioloqlar tərəfindən yaradılmış qurğu yeni bacarıqlara asan və sürətli şəkildə yiyələnməyə imkan verir. Cihaz çoxlu sayda elektroddan ibarət futuristik şlemi xatırladır və beynin müəyyən sahələrinə zəif elektrik cərəyanının verilməsini mümkün edir.

Doktor Metyu Fillipsin sözlərinə görə,  alimlər 6 kommersiya və hərbi pilotun beyninin fəaliyyətini araşdırıb və bu fəaliyyət modelini yeni pilotların beyninə yükləməyə çalışıblar

Nəticədə gənc pilotlar qrupu yeni bacarıqları daha yaxşı və sürətli mənimsəyiblər.

Alimlərin fikrinə görə, gələcəkdə "beyin" üçün belə trenajor adiləşə bilər. Bundan başqa, beynin elektrostimulyasiyası bəzi pasiyentlərə insultdan sonra daha tez sağalmağa kömək edə bilər.

www.rg.ru