www.science.az
09.03.2016 15:25

Alimlər gözəgörünməz plaşın yaradılmasına çalışırlar

Gözəgörünməz mantiyanın (plaş şəklində qolsuz, uzun üst geyim) yaradılmasına çalışan ABŞ-ın Ayova Ştatı universitetindən olan alimlər bu sahədə daha bir mühüm nəticəyə imza atıblar. Belə ki, radar cihazlarının təyin edə bilməyəcəyi materialdan hazırlanmış plaş insanı işıqla manipulyasiyaların köməyi vasitəsilə, həmçinin radiolokasiya aşkarlamasından da gizlədə biləcək. Yeni hazırlanmış texnologiyaya “meta-dəri” adı verilib.

Alimlərin fikrincə, parça inteqrasiya edilmiş maye qalinstan ərintisindən ibarət halqalardan təşkil olunmuş silikon yarpaqlarından hazırlanıb. Cərəyanla müdaxilə zamanı bu halqalar induktivlik çarxına, onlar arasındakı sahə isə kondensatorlara çevrilir. Nəticədə parça radiolokasiya dalğaları üçün keçilməz olur.

Hazırda bu plaş vasitəsilə alimlər xüsusi parçaya bükülmüş obyekti 8-10 GHz tezliyə malik 75% radiolokasiya dalğasından gizlətməyə müvəffəq olublar.

www.mir24.tv