www.science.az
09.03.2016 10:23

Milli Azərbaycan Tarixi Muzeyi unikal etnoqrafik tor çarşab əldə edib

Azərbaycan dini geyimlərini səciyyələndirən libaslardan biri də qadın baş örtüyü – çarşabdır.

Bu yaxınlarda Milli Azərbaycan Tarixi Muzeyi unikal etnoqrafik tor çarşab əldə edib. Keçi ipəyindən olan çarşab dəzgahda toxunulub. Üzərində pambıq sapla rombvari naxışlı zolaqlar salınıb.

Mütəxəssislərin sözlərinə görə, çarşab XX əsrin əvvəllərinə aid olub, Qubanın Xınalıq kəndində istifadə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.