www.science.az
04.03.2016 13:13

AMEA-nın vitse-prezidenti 291 saylı "Araz" Ekologiya liseyinin müəllim və şagird heyəti ilə görüşüb

Fevralın 29-da AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev və Geologiya və Geofizika İnstitutunun Geoekologiya şöbəsinin rəhbəri, coğrafiya elmləri doktoru Vaqif Məmmədov 291 saylı "Araz" Ekologiya liseyinin müəllim və şagird heyəti ilə görüşüblər.

Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (RİMM) “Alimlər uşaqlara” layihəsi çərçivəsində baş tutan görüş SSRİ-nin geoloq-alimi Serqey Obruçevin 125 illik yubileyinə həsr olunub.

Görüşdə alimlər Serqey Obruçevin bioqrafiyası, elmi kəşfləri, eləcə də hazırda müasir dünyanı narahat edən geoekoloji problemlər barədə məlumat veriblər.  Bu cür görüşlərin davamlı olmasının vacibliyi qeyd olunub.

Liseyin şagirdi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Gələcəyin alimləri" müsabiqəsinin qalibi olmuş Elşən Nağızadə ekoloji layihəsini təqdim edərək alimlər tərəfindən qeyd olunmuş qlobal problemlərin həlli yollarına münasibət bildirib.

Qeyd edək ki, görüş Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin təşkilati dəstəyi ilə baş tutub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.