Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.03.2016 09:31
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxananın kitab fondlarında saxlanılan kolleksiyalar rəqəmsallaşdırılacaq

Mərkəzi Elmi Kitabxananın kitab fondlarında saxlanılan kolleksiyalar rəqəmsallaşdırılacaq

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) kitab fondlarında saxlanılan kolleksiyalar barədə ictimaiyyəti məlumatlandırma fəaliyyətinə başlayıb.MEK-də təşkil olunan “dəyirmi masa”da görkəmli türkoloq, Macarıstan Elmlər Akademiyasının həqiqi üzvü Georq Hazainin kitabxananın Şərq Ədəbiyyatı Fondunda saxlanılan şəxsi kolleksiyasının təqdimatı barədə fikir mübadiləsi aparılıb.

MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova kitabxananın fondlarında çoxlu sayda şəxsi kolleksiyanın saxlanıldığını söyləyib. Bu kolleksiyaların təqdimatına dair silsilə tədbirlərin keçiriləcəyi, həmçinin kataloqlaşdırma layihələri çərçivəsində kolleksiyaların elektron kataloqlaşdırılmasının aparılacağı bildirilib.

Kitabxananın Şərq Ədəbiyyatı Fondunun rəhbəri Aidə Hüseynova fondda uzun illər ərzində beynəlxalq mübadilə, hədiyyə yolu ilə toplanan və mühafizə edilən minlərlə qiymətli ədəbiyyat, eyni zamanda, dünya şöhrətli şərqşünas alimlərin şəxsi kolleksiyaları barədə məlumat verib.

Qeyd olunub ki, G.Hazainin şəxsi kolleksiyasının kataloqu hazırlanaraq nəşr edilib və bu kolleksiyanın sərgisi keçirilib.Alimin kolleksiyasının tədqiqi və kataloqlaşdırılması işində əməyi olan əməkdaşlar bütün ömrünü və elmi fəaliyyətini türk dünyasının öyrənilməsinə həsr edən qərbli, macar əsilli G.Hazainin Şərq dünyasına son dərəcə vurğunluğundan söz açıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: