www.science.az
03.03.2016 15:22

“Nizami və dünya mədəniyyəti” mövzusunda Respublika konfransı keçiriləcək

2016-cı ilin oktyabr ayında  AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Nizami Gəncəvinin anadan olmasının 875 illik yubileyinə həsr olunmuş “Nizami və dünya mədəniyyəti” mövzusunda Respublika konfransı keçiriləcək.

Konfrans çərçivəsində aşağıdakı mövzuların müzakirəsi nəzərdə tutulur:

I Nizami Gəncəvi və dünya mədəniyyəti qarşılıqlı əlaqə və inkişafda

1.Nizami yaradıcılığında Şərq və Qərb mədəniyyətlərinin sintezi problemi

2.Nizami şəxsiyyəti və irsinin beynəlxalq miqyasda tədqiqi, nəşri və təbliği problemləri

3.Renessans problemi və Nizami yaradıcılığının intibah mahiyyəti

4.“Xəmsə”nin Qərb qaynaqları və Nizami yaradıcılığının Qərb ədəbi fikrinə təsiri

5.Nizami əsərlərinin əlyazmaları və “Xəmsə”yə çəkilmiş miniatürlər dünya kitabxana və arxivlərində

II  Nizami ədəbi məktəbi və “Xəmsə” ənənəsi

1.Nizami ədəbi məktəbi və onun başlıca xüsusiyyətləri

2.Nizami ideyaları və sujetlərinin fars, ərəb, türk, hind və digər Şərq xalqlarının ədəbiyyatına təsiri

3.Nizami və Azərbaycan ədəbiyyatı

4.Nizami Gəncəvi və folklor məsələləri

5.Nizami “Xəmsə”si və “Divan”ının tərcüməsi problemləri

III Nizami Gəncəvi “Xəmsə”si biliklər ensiklopediyası kimi

1. Nizaminin fəlsəfəsi

2. “Xəmsə”də elm

3. “Xəmsə” və incəsənət məsələləri

4. “Xəmsə” əxlaqi və mənəvi dəyərlər toplusu kimi

5. Nizami söz və şeir sənəti haqqında

6. Nizami “Xəmsə”si eksiklopedik biliklər və miqyaslı ədəbi düşüncə mənbəyi kimi

IV Nizami irsi və klassik Şərq ədəbiyyatında forma, janr və poetika məsələləri

1.Nizami “Divan”ının poetikası

2.“Xəmsə”də sənətkarlıq məsələləri

3.Klassik Azərbaycan ədəbiyyatında forma, janr və poetika məsələləri

4.Yaxın və Orta Şərq xalqlarının ədəbiyyatlarında “Xəmsə”lər və onların poetik məziyyətləri

V  Nizami irsi Azərbaycan və Dünya incəsənəti müstəvisində

1.Nizami yaradıcılığı və musiqi

2.“Xəmsə” və təsviri sənət

3.Nizami obrazı və “Xəmsə” sujetləri heykəltaraşlıqda

4.Nizami irsi və kino sənəti

5.Nizami irsi və maddi mədəniyyət

6.Nizami şəxsiyyəti və yaradıclığı Dünya muzeylərində

Konfransda iştirak etmək üçün məruzələrin tezisləri 2016-ci il mayın 10-dək,  qəbul edilmiş tezislərin tam mətni 2016-cı il sentyabrın 15-dək nizamimuzeyikonfrans@mail.ru elektron poçt ünvanına göndərilməlidir. Məktubun mövzu bölümündə tezisin aid edildiyi bölmə qeyd olunmalıdır.

Tezislərin və məqalələrin tərtibinə dair tələblər:

- Tezislərin və məqalələrin əvvəlində müəllifin soyadı, adı, elmi dərəcəsi (əgər varsa), iş yeri və vəzifəsi (əgər varsa), əlaqə telefonu və elektron poçt ünvanı göstərilməlidir.

- Tezislərin həcmi – 2 səhifəyədək, Times New Roman - 12 şrifti ilə yazılmalı, sətirlərarası interval – 1,5 olmalıdır.

- Məqalələrin həcmi 10 səhifəyədək, Times New Roman - 14 şrifti ilə yazılmalı, sətirlərarası interval – 1,5 olmalıdır.

- Təşkilat komitəsi mətndə düzəlişlərin edilməsi (ümumi məzmununu dəyişmədən), tezislərin qəbul olunması və yaxud geri qaytarılması hüququna malikdir.

Mühüm tarixlər:

Məruzə tezislərinin qəbul olunması üçün son tarix: 10 may 2016-cı il

Qəbul olunmuş tezislərin bildirilməsi: 15 iyun 2016-cı il

Qəbul olunmuş tezislərin məqalələrinin qəbulu: 15 sentyabr 2016-cı il

Konfransın keçirildiyi tarix:  Oktyabr 2016-cı il

Təşkilat komitəsinin koordinatları:

Ünvan: Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi

Azərbaycan Respublikası, Bakı şəhəri, İstiqlaliyyət küç. 53, AZ1005

Tel.: (994 12) 492 31 79 ; (994 12) 505 53 17

E-mail: nizamimuzeyikonfrans@mail.ru  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.