www.science.az
03.03.2016 11:52

“NATO-nun Varşava Sammiti: imkanlar və gözləntilər” mövzusunda Beynəlxalq konfrans keçiriləcək

Martın 7-də saat 10:00-da “JW Marriott Abşeron” hotelində “NATO-nun Varşava Sammiti: imkanlar və gözləntilər” mövzusunda Beynəlxalq konfrans keçiriləcək.

Tədbir AMEA-nın İnsan Hüquqları İnstitutu, NATO-nun Azərbaycandakı Nümayəndəliyi və Rumıniyanın Azərbaycan Respublikasındakı Səfirliyinin birgə təşkilatçılığı ilə reallaşacaq.

Ünvan: Bakı şəh., Azadlıq meydanı 674.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.