Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzusunda Beynəlxalq elmi konfrans keçiriləcək
03.03.2016 11:09
  • A-
  • A
  • A+

“Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzusunda Beynəlxalq elmi konfrans keçiriləcək

Cari ilin oktyabr ayında AMEA Nizami adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə “Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzusunda Beynəlxalq elmi konfrans keçiriləcək.

Tədbirdə Azərbaycan mühacirət ədəbiyyatının toplanılması, nəşri, tədqiqi və təbliğinə dair məruzələr dinləniləcək.

Konfransda iştirak etmək istəyənlər məqalə və tezislərini iyunun 30-dək Təşkilat Komitəsinə göndərə bilərlər.

Məruzələrin tərtibatına dair tələblər:

- Mətnlər Word-A4 formatında 8-10 səhifə həcmində olmalıdır;

- Times New Roman, 14 şrift, 1 intervalla, soldan 3 sm., yuxarı və aşağı 2 sm., sağ 1 sm., abzaslar 1.25 sm. parametrlərinə uyğun yazılmalıdır.;

- Müəllifin ad və soyadından sonra səhifənin ortasında məqalənin adı böyük qara hərflərlə yazılmalıdır;

- Məruzənin adından sonra 250 sözdən çox olmamaq şərtilə Azərbaycan, ingilis və rus dillərində xülasə, hər xülasənin sonunda 5-dən çox olmamaq şərtilə açar sözlər verilməlidir (11 şrift, 1 interval). Xülasənin mətni hər üç dildə adekvat olmalıdır.

- Ədəbiyyat siyahısı mətnin sonunda istifadə edilmə ardıcıllığı ilə verilir (11 şrift, 1 interval) və mətnin daxilində kodlaşdırılır. İstinad olunmuş mənbənin ədəbiyyat siyahısındakı nömrəsi mətndəki istinaddan sonra adi mötərizədə göstərilir, cild (çoxcildli əsərlər üçün) və müvafiq səhifə(lər) qeyd olunur.

Konfransın Təşkilat Komitəsinin ünvanı: Bakı şəh., Hüseyn Cavid prospekti, 115, Akademiya şəhərciyi, Əsas bina, IV mərtəbə, 468-ci otaq.

E-mail: muhaciret@windowslive.com

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.



 

  • Paylaş: