Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

AMEA Mərkəzi Elmi Kitabxanası  tərəfindən “Nobel mükafatçıları” ensiklopediyası əldə olunub
19.10.2013 00:00
  • A-
  • A
  • A+

AMEA Mərkəzi Elmi Kitabxanası tərəfindən “Nobel mükafatçıları” ensiklopediyası əldə olunub

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) dünya, eləcə də Azərbaycan elmi üçün çox zəngin elmi-köməkçi xarakter daşıyan və rus müəllifləri tərəfindən hazırlanan “Nobel mükafatçıları” adlı 60 cildlik ensiklopediyanı əldə edib.

Nobel Fondunun əsas maliyyə dəstəyi və görkəmli naşir Vyaçeslav Lobankovun təşəbbüsü və təşkilatçılığı ilə hazırlanaraq “Les Prix Nobel” nəşriyyatında çap edilən zəngin soraq-məlumat xarakterli “Nobel mükafatçıları” ensiklopediyası fizika, kimya, tibb, ədəbiyyat, sülh və iqtisadiyyat sahələrində 1901-2000-ci illərdə beynəlxalq Nobel mükafatları alan şəxslər, onların qısa bioqrafiyası, mənsub olduqları ölkə və xalq, ixtira və digər təşəbbüsləri haqqında geniş informasiya ilə zəngindir.

MEK-in ədəbiyyat fondunda 13 cilddə “Fizika üzrə Nobel laureatları”, 14 cilddə “Kimya üzrə Nobel Laureatları”, 16 cilddə “Tibb üzrə Nobel Laureatları”, 5 cilddə “Ədəbiyyat üzrə Nobel Lauretları”, 6 cilddə “Sülh üzrə Nobel Laureatları”, 6 cilddə “İqtisadiyyat üzrə Nobel Laureatları” yer alıb.

 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: