Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

“Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı eksponatlar AMEA Milli Azərbaycan Tarixi Muzeyinə verilib
01.03.2016 17:06
  • A-
  • A
  • A+

“Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı eksponatlar AMEA Milli Azərbaycan Tarixi Muzeyinə verilib

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı dəyərli eksponatlar AMEA Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə edilib. Bunlar Azərbaycan Milli komandasının parad kostyumu, idman geyim dəsti, açılış mərasimində istifadə olunmuş məşəl və çıraqdır. Qaliblər üçün hazırlanan medallar - qızıl, gümüş, bürünc, eləcə də gümüş xatirə medalı da muzeyin eksponatları sırasında xüsusi yer tutacaq.

Eksponatlar muzeyin “Hədiyyələr və xatirə əşyaları” fondunda qorunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: