Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Geologiya və Geofizika İnstitutu yeni magistrları qəbul etməyə hazırlaşır
29.02.2016 16:25
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutu yeni magistrları qəbul etməyə hazırlaşır

AMEA-nın Geologiya və Geofizika İnstitutu (GGİ) 2016-2017-ci il təhsil müddətində  4 magistr qəbul etməyə hazırlaşır. Qəbul planı AMEA Rəyasət Heyəti tərəfindən təsdiq olunub.

İnstitutun elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov bildirib ki, gənc alimlərin təhsili üçün müəssisədə lazımi imkanlar yaradılıb. Burada magistrlar maaşla təmin olunur, elmin konkret istiqaməti üzrə tanınmış alimlərdən dərs alır, onlarla birgə tədqiqat işlərində iştirak edirlər. GGİ-nin müasir elmi-texniki avadanlıqlardan ibarət laboratoriyalarında magistrlar üçün lazimi iş şəraiti yaradılıb. Həmçinin institutda çalışan gənclər təcrübələrini artırmaq üçün dünyanın qabaqcıl elmi mərkəzlərində təlimlərə qatılır, ixtisasartırma proqramları, konfrans və seminarlarda iştirak edir və xarici həmkarları ilə əlaqələr quraraq distant şəkildə təcrübələrini artıra bilirlər. Gənc tədqiqatçılar üçün ingilis dili kursları da təşkil olunur. 

D.Hüseynov qeyd edib ki, 3 il əvvəl Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft Akademiyası ilə bağlanmış müqavilələr əsasında GGİ-də həmin təhsil müəssisələrinin müvafiq fakültələrinin baza kafedraları yaradılıb. Magistrlar bu kafedralarda təcrübə keçirlər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: