www.science.az
29.02.2016 18:00

Fəlsəfə və Hüquq İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir

AMEA Fəlsəfə və Hüquq İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir. Vakant yerlər “Sosial fəlsəfə”, “Beynəlxalq münasibətlər və beynəlxalq hüquq”, “Cinayət hüququ və cinayət prosesi” və “Dövlət və hüquq nəzəriyyəsi; mülki hüquq və mülkiproses” şöbələri üzrə böyük elmi işçi vəzifəsinə bir yerdir.

Müsabiqədə fəlsəfə doktorları və elmlər doktorları iştirak edə bilərlər. 

Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc edilən gündən etibarən 1 ay müddətində elmi katibliyə təqdim edilməlidir.

Ünvan: Bakı ş., H.Cavid pr., 115.

Telefon: (+994 12) 510 15 12

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.