Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

İngiltərənin məşhur “Viktoriya və Albert” muzeyinə həsr olunan tədbir keçirilib
26.02.2016 11:23
  • A-
  • A
  • A+

İngiltərənin məşhur “Viktoriya və Albert” muzeyinə həsr olunan tədbir keçirilib

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi seminarının “Dünya muzeyləri” silsiləsindən olan növbəti məşğələsi İngiltərənin məşhur “Viktoriya və Albert” muzeyinə həsr edilib.

Dünyada ən çox ziyarət edilən yerlərdən olan bu muzey Britaniyanın XIX əsr tarixinə mütərəqqi Viktorian dövrünü yazmış Kraliça Viktoriya və onun əri şahzadə Albertin təşəbbüsü ilə yaradılmışdır.

Məruzəçi - muzeyin Ekspozisiyanın qorunması, izahı və audio müşaiyətin təmini şöbəsinin müdiri Tomiris Babanlı zəngin Viktoriya və Albert muzeyinin Avropa, Şərq və digər qalereyaları, möhtəşəm Şeyx Səfi xalısından bəhs edib. O, XIX əsr Britaniya krallığı, memarlığı haqqında da ətraflı məlumat verib. Bildirib ki, bu gün zəngin və qədim Şərq mədəniyyətinin bir çox sənət inciləri dünya muzeylərində nümayiş olunur.

Məruzəçi çıxışında Viktoriya Albert muzeyində qorunan Azərbaycan mədəniyyəti nümunələrini AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin ekspozisiyasında yer alan kaşı, keramika əsərləri ilə müqayisə edib, London muzeyində saxlanılan misilsiz Şeyx Səfi xalçası ilə Nizami muzeyində qorunan və Cənubi Azərbaycanda yaradılmış xalçalar arasında müqayisələr aparıb.

Tədbir professor Şəfəq Əlibəyli, filologiya üzrə fəlsəfə doktoru Məlahət Kələntərli, elmi işçilər Tutu Məmmədova, Törəxanım Hüseynova və digərlərinin sual və çıxışları ilə davam edib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: