Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Xidmət sferasında sahibkarlığın inkişafı: problemlər və perspektivlər” adlı monoqrafiya nəşr olunub
26.02.2016 13:07
  • A-
  • A
  • A+

“Xidmət sferasında sahibkarlığın inkişafı: problemlər və perspektivlər” adlı monoqrafiya nəşr olunub

AMEA İqtisadiyyat İnstitutunun böyük elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Mahir Zeynalovun “Xidmət sferasında sahibkarlığın inkişafı: problemlər və perspektivlər” adlı monoqrafiyası çapdan çıxıb.

Monoqrafiyada sahibkarlıq fəaliyyətinin nəzəri-metodoloji əsasları, sahibkarlıq anlayışı və onun əsas xüsusiyyətləri, Azərbaycan alimlərinin bu sahəyə elmi-nəzəri baxışları, dünya ölkələrində mövcud vəziyyət və digər məsələlərlə bağlı nəzəri təhlillər aparılıb. Həmçinin  müstəqillik illərində Azərbaycanda sahibkarlığın inkişaf meylləri,  xidmət sferasında sahibkarlığın inkişafının müasir vəziyyəti araşdırılıb. Sahibkarlıq fəaliyyətinin dövlət tərəfindən dəstəklənməsi və tənzimlənməsi mexanizmləri, xidmət sferasında sahibkarlığın inkişaf etdirilməsinin əsas istiqamətləri üzrə təklif və tövsiyyələr yer alıb.

AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunan kitabın elmi redaktorları iqtisad üzrə fəlsəfə doktorları Allahyar Muradov və Sevil Rzayeva, rəyçiləri professor Qəzənfər Süleymanov və iqtisad üzrə fəlsəfə doktoru Əbdül-Səməd Həsənovdur.  

Yeni nəşr elmi işçilər, tədqiqatçılar, ali məktəb müəllimləri, tələbələr, magistrlər, doktorantlar, nazirlik və şirkətlərin işçiləri, sahibkarlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: