www.science.az
25.02.2016 09:57

“Əbədiyyətin və ədəbiyyatın Əziz Şərifi” adlı kitab işıq üzü görüb

Filologiya üzrə fəlsəfə doktoru, dosent Fərqanə Kazımovanın Naxçıvan Muxtar Respublikasi Ali Məclisinin Sədri Vasif Talıbovun “Görkəmli pedaqoq və elm xadimi Əziz Şərifin 120 illik yubileyinin keçirilməsi haqqında” 26 yanvar 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən “Əbədiyyətin və ədəbiyyatın Əziz Şərifi” adlı kitabı çapdan çıxıb.

Nəşrin elmi redaktoru Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevdir

Kitabda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, professor Əziz Şərifin mənalı ömür yolu və ədəbi-elmi, tərcüməçilik fəaliyyətinin əsas məqamlarına nəzər salınır. “Əziz Şərifin həyatı və mühiti”, “Əziz Şərifin publisistikası”, “Əziz Şərifin ədəbi-elmi irsi” adlı bölmələrdən ibarət olan yeni nəşrdə ədəbiyyatşünas alimin sanballı elmi tədqiqat əsərləri, tərcümə yaradıcılığı, ədəbi-tənqidi və publisist məqalələri yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.