Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA “Horizon-2020” Proqramı ilə bağlı fəaliyyətini genişləndirir
25.02.2016 09:31
  • A-
  • A
  • A+

AMEA “Horizon-2020” Proqramı ilə bağlı fəaliyyətini genişləndirir

Avropa Birliyinin Tədqiqat və İnnovasiyaya dair 2014-2020-ci illəri əhatə edən “Horizon-2020” Proqramı ilə bağlı AMEA öz fəaliyyətini genişləndirməkdədir. Respublika üzrə AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin koordinasiya etdiyi bu proqram alimlərə geniş tədqiqat aparmaq, beynəlxalq təcrübə qazanmaq imkanları yaradır.

Fevralın 24-də AMEA Beynəlxalq əlaqələr idarəsinin Xarici ölkələrin akademik qurumları ilə əlaqələr şöbəsinin müdiri Bünyamin Seyidov Almaniya Siegen Universitetinin Beynəlxalq ofisinin nümayəndəsi, professor Ulriç Eberhart ilə görüşüb. Görüşdə “Horizon - 2020” Proqramı çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib, AMEA-dan olan tədqiqatçıların bu layihələrə cəlb olunması barədə razılıq əldə olunub.

Qeyd edək ki, Avropa Birliyinin üzv dövləti kimi Almaniyanı təmsil edən Siegen Universiteti sözügedən proqramda layihə koordinatoru olmaq hüququna malikdir.

Təmsil etdiyi universitetin beynəlxalq əlaqələrində Azərbaycana xüsusi önəm verildiyini söyləyən prof. Ulriç Eberhart AMEA ilə bu sahədə əməkdaşlığa hazır olduqlarını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: